BİZNES

13 Oktyabr

Azərbaycanda çay istehsalı azalıb, ixrac isə artıb

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda 7 788 ton çay istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və ya 428,7 ton azalma deməkdir. Sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 84,9 ton təşkil edib.

Hesabat dövründə Azərbaycandan 492 ton çay ixrac olunub ki, bu da 4,5 milyon ABŞ dolları dəyərindədir. İxrac ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 90 min dollar (2%), miqdar baxımından isə 3 ton (0,6%) artım göstərib.

Eyni zamanda, ölkəyə 8 861 ton çay idxal edilib ki, dəyəri 54,5 milyon ABŞ dolları təşkil edir. İdxalın dəyəri illik müqayisədə 4 milyon dollar (8%) artıb, miqdarı isə 902 ton (9,2%) azalıb.

Qeyd olunur ki, cari ilin ilk 8 ayında idxal olunan çay ümumi idxalın 0,36%-ni, ixrac olunan çay isə ümumi ixracın 0,03%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az