Finss.az xəbər verir ki, ABŞ və Çin arasında artan gərginlik fonunda əvvəlki sessiyada kəskin enişdən sonra neft qiymətləri bazar ertəsi səhər inamla bərpa olunur.
Moskva vaxtı ilə saat 8:15-də Londonun ICE Futures Exchange birjasında Brent markalı dekabr fyuçersləri 0,92 dollar (1,47%) artaraq 63,65 dollar/barel təşkil edib. Cümə günü Brent 2,49 dollar (3,82%) ucuzlaşaraq 62,73 dollar/barel olub.
Bu vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçersləri elektron ticarətdə 0,88 dollar (1,49%) bahalaşaraq 59,78 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada müqavilə 2,61 dollar (4,24%) ucuzlaşaraq 58,90 dollar/barel olub.