Finss.az xəbər verir ki, Beynəlxalq Mis Tədqiqat Qrupunun (ICSG) məlumatına görə, qlobal təmizlənmiş mis istehsalı 2025-ci ildə təxminən 3,4% artaraq 28,3 milyon tona çatacaq.
Bu, Çində davamlı potensialın genişləndirilməsi və digər ölkələrdə, ilk növbədə Konqo Demokratik Respublikası (DRC), Hindistan və İndoneziyada yeni obyektlərin işə salınması ilə şərtlənəcək.
2026-cı ildə mis istehsalının 0,9% artaraq təxminən 28,6 milyon tona çatacağı gözlənilir.
ICSG-nin məlumatına görə, qlobal mis istehlakının 2025-ci ildə təxminən 3% artaraq 28,1 milyon tona, 2026-cı ildə isə 2,1% artaraq 28,7 milyon tona çatacağı proqnozlaşdırılır.
Çində tələbin 2025-ci ildə təxminən 3,3%, gələn il isə 1% artacağı proqnozlaşdırılır. Qlobal mis istehlakının təxminən 58%-i Çinin payına düşür.