BİZNES

13 Oktyabr

ABŞ Çin, Türkiyə və BƏƏ-dən olan 26 şirkətə ixrac məhdudiyyəti qoyub.

Finss.az xəbər verir ki, ABŞ Ticarət Departamentindən verilən açıqlamaya görə, Vaşinqton onların fəaliyyətinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inandığı üçün ABŞ hakimiyyəti Çin, Türkiyə və BƏƏ-dən olan bir neçə şirkətə ixrac məhdudiyyətləri qoyub.

Məhdudiyyətlər əksəriyyəti Çinli olmaqla ümumilikdə 26 şirkətə aiddir.

Bəyanatda qeyd edilir ki, ABŞ Ticarət Nazirliyi bu şirkətlərin hərəkətlərinin “ABŞ-ın milli təhlükəsizliyi və ya xarici siyasət maraqlarına zidd” olduğunu düşünür.