BİZNES

09 Oktyabr

Naxçıvanda aktiv vergi və ƏDV ödəyicilərinin sayı artıb

Bu ilin oktyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 21.969 olub.

Bu barədə Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 616 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 5,4 faiz artaraq 6.162 olub.