BİZNES

06 Oktyabr

TAP kəməri vasitəsilə İtaliyaya 42,6 milyard kubmetr qaz nəql edilib

TAP vasitəsilə İtaliyaya 42,6 milyard kubmetr qaz nəql olunub.

Finss.az xəbər verir ki, Transadriatik Qaz Kəməri (TAP) 2020-ci ilin dekabrından kommersiya istifadəsinə verildikdən sonra İtaliyaya 42,6 milyard kubmetr qaz nəql edib. Təkcə 2025-ci ilin üçüncü rübündə İtaliya TAP vasitəsilə 2,46 milyard kubmetr qaz alıb.

Kəmər Xəzər dənizindən Avropaya təhlükəsiz şəkildə 50 milyard kubmetr qaz nəql edib və 2024-cü ildə İtaliyanın qaz idxalının 16%-ni təmin edib. TAP həmçinin karbon izini azaldaraq 2024-cü ildə istixana qazı emissiyalarını 21%, metan tullantılarını 55% və sızmaları 81% azaldıb.

Bundan əlavə, TAP Avropanın enerji keçidinə dəstək verməyə davam edəcək və hidrogen və biometan qarışıqlarının nəqlini təmin edəcək. Kəmərin genişləndirilməsinin birinci mərhələsi 2026-cı ilin yanvarından 1,2 milyard kubmetr əlavə nəql gücü təmin edəcək.