Zəngilan Rayon Mərkəzi Xəstəxanasının növbəti tikinti mərhələsinə başlanılır.
Finss.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Zəngilan Rayon Mərkəzi Xəstəxanasının 91 çarpayılıq müvəqqəti bina və qurğularının tikintisi üzrə işlərə başlayıb. İşlərin təxmini dəyəri 1,212 milyon manat təşkil edəcək.
Xəstəxananın təməli 2023-cü ilin mayında qoyulub. Ümumi ərazisi 4,5 hektar olan müəssisədə yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki binalar tikiləcək, ən müasir tibbi avadanlıqla təchiz olunacaq. Nazirlik qeyd edib ki, bu xəstəxana doğma yurdlarına qayıdacaq rayon sakinlərinə hərtərəfli tibbi xidmət göstərəcək.