BİZNES

06 Oktyabr

Sərsəng su anbarının yenilənməsi üçün 19,7 milyon manat ayrılıb

Sərsəng su anbarında təmir və bərpa işləri aparılacaq.

Finss.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq işlərə başlayıb. Hazırda su anbarında təmir və bərpa işlərini icra edəcək şirkət müəyyənləşdirilir. İşlərin təxmini dəyəri 19,722 milyon manat təşkil edəcək.

Sərsəng su anbarı Tərtərçay üzərində yerləşir, ümumi həcmi 560 milyon kubmetr və Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Anbar vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında 96 min hektardan çox ərazi suvarılır. Bənddə ümumi gücü 50 meqavat olan su elektrik stansiyası da fəaliyyət göstərir.