Haqsız rəqabətə dair müraciətlər 2 dəfə artıb.
Finss.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.
O qeyd edib ki, 2025-ci ilin 8 ayında haqsız rəqabətə yol verilməsi ilə bağlı müraciətlər ötən dövrə nisbətən 2 dəfə çox olub, həmçinin 83 təmərküzləşmə əməliyyatı araşdırılıb. E.Bağırovun sözlərinə görə, görülən tədbirlər rəqabəti pozan davranışlardan çəkindirməyi hədəfləyir.
“Rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir. Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq”, — deyə o vurğulayıb.