Qeyri-neft sektoruna yatırılan investisiyalar 15%-ə qədər artıb.
Finss.az xəbər verir ki, bunu II Milli Rəqabət Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, əsas kapitala qoyulan investisiyaların həcmi 8,2 milyard manat təşkil edib və iqtisadiyyatda özəl sektorun payı 81%-dir.
Nazir əlavə edib ki, qadın sahibkarların sayı altı ay ərzində 333 minə çatıb, həmçinin yanvar-avqust aylarında əsas kapitala xarici investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb.