BİZNES

03 Oktyabr

SOCAR və KazMunayGaz 3,4 milyon ton Qazaxıstan neftini Bakı–Tbilisi–Ceyhan marşrutu ilə nəql edib

SOCAR və “KazMunayGaz” 3,4 milyon ton Qazaxıstan neftini Bakı–Tbilisi–Ceyhan üzrə nəql edib.

Finss.az xəbər verir ki, SOCARKazMunayGaz Sazişin imzalanmasından bəri paritet əsaslarla təxminən 3,4 milyon ton Qazaxıstan neftini Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri üzrə uğurla nəql ediblər.

Məlumata görə, məsələ KazMunayGaz İdarə Heyətinin sədri Asxat Xasenov ilə SOCAR-ın Prezidenti Rövşən Nəcəf arasında Astanada keçirilən görüşdə müzakirə olunub. Tərəflər karbohidrogenlərin nəqlinin cari vəziyyətini, perspektivlərini, həmçinin rəqəmsallaşma və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.

Eyni zamanda, “KazMunayGaz”, SOCAR, “Tatneft” və “Özbəkneftqaz” arasında imzalanmış dördtərəfli memorandumlar çərçivəsində mütəxəssislər istehsalatda rəqəmsal həllərin tətbiqi üzrə təcrübə mübadiləsi aparır, əməyin mühafizəsi və texnogen fövqəladə hallara operativ reaksiya tədbirlərini birgə həyata keçirirlər.

Şirkət bildirib ki, SOCAR-la strateji əməkdaşlığın gücləndirilməsi və Qazaxıstan neftinin beynəlxalq bazarlara ixracının artırılması onların prioritetlərindədir.