BİZNES

03 Oktyabr

Azərbaycan enerji sisteminə 2 ildə 10 yeni elektrik stansiyası inteqrasiya edəcək - Nazir

Azərbaycan enerji sisteminə 2 ildə 10 yeni elektrik stansiyası inteqrasiya edəcək.

Finss.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, ölkə 2030-cu ilə qədər ümumi gücü 2,7 GVt olan külək və elektrik stansiyaları tikməyi planlaşdırır, bu da bərpa olunan enerji gücünü 4 GVt-a qədər artıracaq3,2 milyon ton istixana qazının emissiyasının qarşısını alacaq.

O əlavə edib ki, yaxın iki ildə enerji sisteminə 10 yeni elektrik stansiyası və 2 GVt bərpa olunan enerjinin idarə olunması üçün gücü 250 MVt, saxlanma həcmi 500 MVt/saat olan batareya sistemləri inteqrasiya ediləcək. Noyabrda isə gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir.

2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda su, günəş və külək stansiyaları ilə 1,6 GVt güc quraşdırılması planlaşdırılır, bu da istehsalın istehlakı iki dəfə üstələməsinə və 2 milyon tondan çox emissiyanın azalmasına imkan verəcək.

Həmçinin, “Yaşıl enerji zonası” modeli Naxçıvanda 5–7 GVt bərpa olunan enerji potensialı ilə reallaşdırılır.