BİZNES

02 Oktyabr

Biznesin səmərəliliyi yeni texnologiyaların tətbiqindən asılıdır – bp

Finss.az - Biznesin səmərəliliyi yeni texnologiyaların tətbiqindən asılıdır.

Bakıda "PASHA Holdinq" tərəfindən təşkil olunan “INMerge Innovation Summit”də bp şirkətinin seysmoloji kəşfiyyat üzrə müşaviri Con T. Etqen bildirib ki, biznesin səmərəliliyi yeni texnologiyaların tətbiqindən asılıdır.

O çıxışı zamanı vurğulayıb ki, bp üçün texnologiyalarda lider olmaq xüsusilə idarə olunan resurslar və yataqların inkişafında vacibdir:

“Seysimik kəşfiyyata və geofizikaya investisiyalar, yataqların mühəndislik baxımından dərk olunması və geologiya üzrə biliklər uzunmüddətli və kritik əhəmiyyət daşıyır.”

O əlavə edib ki, müasir informasiya iqtisadiyyatının bacarıq və yanaşmaları şirkətin biznesinə tətbiq olunur və bu da inkişaf üçün yeni imkanlar açır.