BİZNES

29 Sentyabr

Moldova 2035-ci ilə qədər enerji şəbəkəsinin inkişafına 0,5 milyard avro sərmayə qoymağı planlaşdırır

Finss.az xəbər verir ki, Moldovanın Enerji Tənzimləməsi üzrə Milli Agentliyi (ANRE) “Moldelectrica” dövlət müəssisəsi tərəfindən 2025-2034-cü illər üçün elektrik enerjisinin ötürülməsi şəbəkələrinin inkişafı üçün hazırlanmış və dəyəri 0,5 milyard avrodan çox olan planı təsdiqləyib.

“Növbəti 10 il üçün inkişaf planı mövcud elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsi, yeni ötürücü xətlərin tikintisi, həmçinin təhlükəsizlik tədbirləri və ötürücü sistemin texnoloji modernləşdirilməsi üçün təqribən 8 milyard ley (indiki məzənnə ilə - İF) sərmayələrin qoyulmasını nəzərdə tutur”, - məlumatda deyilir.

Planın əsas layihələri arasında ANRE 400 kV-luq Vulkanesti-Kişinov hava elektrik xəttinin (2025-ci ilin dekabrınadək başa çatdırılması), istismara verilməsi 2027-ci ilin dekabrına planlaşdırılan 400 kV-luq Balti-Suceava hava elektrik xəttinin (Rumıniya) və 400 kV-luq Vulkanesti-Kişinov hava elektrik xəttinin (Strainas-Romaniya) tikintisini xüsusi qeyd etmişdir. istismara verilməsi 2032-ci ilin dekabrına planlaşdırılır.