BİZNES

24 Sentyabr

Almaniya 2025-ci ilin son rübündə borclanmanı 20% artırır – 90,5 milyard avro cəlb olunacaq

Finss.az xəbər verir ki, Almaniya hökuməti 2025-ci ilin dördüncü rübü üçün borclanma planını 20% artıraraq 90,5 milyard avroya yüksəldib. Artımın əsas səbəbi ölkənin infrastruktur və müdafiə xərclərinin kəskin artması ilə bağlıdır.

Almaniyanın maliyyə agentliyinin yaydığı məlumata görə, bu məbləğ keçən ilin sonunda dərc olunan plana nisbətən 15 milyard avro çoxdur. Artan borclanma çərçivəsində əlavə olaraq 10,5 milyard avro dəyərində dövlət istiqrazı yerləşdiriləcək. O cümlədən, oktyabr ayında 3 milyard avroluq yeddi illik istiqraz satışları nəzərdə tutulur.

Qeyd edək ki, bu rəqəmlərə yaşıl istiqrazlar daxil edilmir.