Finss.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Amerika şirkətləri üçün rüblük hesabat praktikasından imtina edilməsini və yarımillik hesabatlarla əvəz edilməsini istəyib.
“Şirkətlər və korporasiyalar rüblük əsasda (rüblük hesabat) deyil, Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bunu təsdiq edərsə, hər 6 (altı) aydan bir hesabat verməlidir”, o, Truth Social-da yazır.
"Bu, pula qənaət edəcək və menecerlərə öz şirkətlərini düzgün idarə etməyə diqqət yetirməyə imkan verəcək", - prezident hesab edir.
O, həmçinin qeyd edib ki, Çində şirkət idarə edərkən 50-100 il qabağa baxırlar.