BİZNES

17 Sentyabr

Kriptovalyuta sənayesi İngiltərə Bankını stabilkoin sahibliyini məhdudlaşdırmamağa çağırır

Finss.az xəbər verir ki, kriptovalyuta sənayesinin nümayəndələri İngiltərə Bankını stabilkoinlərə sahiblik həcminə məhdudiyyətlərin tətbiqindən (milli valyutalar və yüksək keyfiyyətli qiymətli kağızlarla dəstəklənən kriptovalyutaların ümumi adı – İ.F.) imtina etməyə çağırırlar.

Böyük Britaniyanın mərkəzi bankı əmanətçilərin vəsaitlərinin stabilkoinlərə çıxması səbəbindən bank sisteminin zəifləməsi qorxusu fonunda bu məhdudiyyətləri tətbiq etmək istəyir. Qəzet qeyd edir ki, onlar tətbiq olunarsa, ölkədə stabilkoin bazarının tənzimlənməsi ABŞ və Aİ ilə müqayisədə daha sərt olacaq.

Xüsusilə, tənzimləyici bu kriptovalyutaya sahiblik həcmini fiziki şəxslər üçün 10-20 min funt sterlinq (13,6-27,2 min dollar), müəssisələr üçün 10 milyon funt sterlinq səviyyəsində məhdudlaşdırmağı planlaşdırır. Bu vəziyyətdə yalnız sistemli stabilkoinlər nəzərdə tutulur - Böyük Britaniyada hesablaşmalar üçün geniş istifadə olunan və ya geniş şəkildə istifadə olunacağı gözlənilir.

Kriptovalyuta və ödəniş şirkətləri hesab edirlər ki, bu cür tədbirlər ölkəni digərləri ilə müqayisədə əlverişsiz vəziyyətə salacaq və idarə olunması çətin və bahalı olacaq.