Finss.az xəbər verir ki, Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqının “Parfümeriya və kosmetika məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlamentinə düzəlişləri qəbul edib.
"Ətər-kosmetik məhsulların tərkibinə qoyulan tələblər belə məhsullarda istifadəsi qadağan edilən, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla istifadəsinə icazə verilən maddələrin, icazə verilən boyaqların, konservantların və UV filtrlərinin siyahılarının yenilənməsi baxımından dəqiqləşdirilib", - məlumatda deyilir.
Dəyişikliklər rəsmi dərc edildikdən 12 ay sonra qüvvəyə minəcək.