Finss.az xəbər verir ki, Deutsche Bank və Barclays analitikləri ABŞ-ın aparıcı indekslərindən biri olan SP 500 üzrə 2025-ci ilin sonuna dair proqnozlarını müsbət istiqamətdə yeniləyiblər.
Deutsche Bank daha əvvəl 6,550 bənd səviyyəsində olan proqnozunu 7,000 bəndə qədər artırıb. Bu, çərşənbə axşamı günü 6,512.61 bənddə bağlanan indeks üçün təxminən 7,5%-lik potensial artım deməkdir.
Bank analitikləri həmçinin ikinci rübün güclü maliyyə nəticələri fonunda, SP 500 indeksinə daxil olan şirkətlər üçün səhm üzrə orta mənfəət (EPS) proqnozunu 267 dollardan 277 dollara yüksəldiblər. Bu dəyişikliklər bazar iştirakçılarında inamın artdığını və iqtisadi göstəricilərin gözləniləndən güclü olduğunu göstərir.
Qeyd edək ki, SP 500 indeksi ABŞ iqtisadiyyatının və korporativ sektorun vəziyyətini göstərən ən önəmli göstəricilərdən biridir və bu cür proqnoz dəyişiklikləri investorların qərarlarına birbaşa təsir göstərir.