Finss.az xəbər verir ki, Danimarkanın aparıcı əczaçılıq şirkəti Novo Nordisk, 2026-cı ilin sonuna qədər 1,3 milyard dollarlıq (8 milyard Danimarka kronu) qənaət etməyi hədəfləyən biznes transformasiya proqramı çərçivəsində 9 min iş yerini ixtisar edəcək.
Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, bu tədbirlər əməliyyat strukturunun sadələşdirilməsi, qərarların daha sürətli qəbul edilməsi və resursların əsas böyümə istiqamətlərinə – diabet və piylənmənin müalicəsi üçün dərmanlara yönləndirilməsi məqsədini daşıyır.
İxtisarlar, hazırda 78,400 nəfərlik qlobal heyətin təxminən 11%-ni əhatə edəcək. Təkcə Danimarkada 5 min nəfərin işdən çıxarılması nəzərdə tutulur.
Bu addım, dünyada diabet və piylənmə dərmanlarına artan tələbat fonunda, Novo Nordisk-in strateji restrukturizasiya və resursların optimallaşdırılması istiqamətində atdığı ən böyük addımlardan biri kimi qiymətləndirilir.