Finss.az xəbər verir ki, Hollandiya hökuməti ABN Amro bankındakı mövcud 30%-lik payını təxminən 20%-ə qədər azaltmağı planlaşdırır. Bu barədə milliləşdirilmiş aktivləri idarə edən dövlət qurumu NL Financial Investments (NLFI) məlumat yayıb.
Bəyanatda xatırladılıb ki, Hollandiya hökuməti bankın səhmlərini ilk dəfə 20 noyabr 2015-ci ildə kütləvi təklif edərək öz payını tədricən azaltmaq niyyətini açıqlamışdı. Qeyd edək ki, ABN Amro 2008-ci ildə maliyyə böhranı zamanı milliləşdirilmişdi və 2015-ci ildən birjada ticarətə açıqdır.
Hazırda bankın bazar kapitallaşması təxminən 21,2 milyard avro təşkil edir. Buna əsasən, 10%-lik səhmlərin satışı 2,1 milyard avro dəyərində ola bilər.