Son illərdə Azərbaycanın daşınmaz əmlak bazarında yeni və gəlirli bir investisiya modeli populyarlıq qazanmaqdadır – sabdiviziya. Dünyanın inkişaf etmiş ölkələrində uzun müddətdir uğurla tətbiq edilən bu üsul indi Azərbaycanda da geniş vüsət almağa başlayıb.
Sabdiviziya nədir?
Sadə dillə desək, sabdiviziya – böyük torpaq sahəsinin alınıb daha kiçik hissələrə bölünərək satılması və ya inkişaf etdirilməsi prosesidir.
Məsələn, 50 sot torpağı alaraq onu 3–4 sotluq lotlara bölmək, ərazidə yol və yaşıllıq infrastrukturu yaratmaq və daha sonra satışını həyata keçirmək mümkündür. Bu üsul həm bazarın real tələblərinə cavab verir, həm də müxtəlif səviyyəli investorların iştirakına şərait yaradır.
Niyə sabdiviziya sərfəlidir?
- Qiymət fərqi: Böyük torpaq sahələrinin hər sotu, kiçik lotlarla müqayisədə daha ucuz olur. Bölünmə nəticəsində hər sotun bazar dəyəri artır.
- Tez satılma imkanı: İnsanların əksəriyyəti yaşayış və gələcək üçün 3–5 sot torpaq almağa üstünlük verir. Ona görə də kiçik lotlar bazarda daha asan və tez satılır, həm də ipoteka imkanları geniş tətbiq oluna bilir.
- Qısa müddətdə gəlir: Sabdiviziya layihələri adətən 3 ay–1 il ərzində nəticə verir. Bu, illərlə davam edən tikinti layihələrindən qat-qat sürətlidir.
- Risklərin azalması: Böyük sahələrin satışı uzun müddət tələb edə bilər, lakin kiçik torpaq sahələri həmişə alıcı tapır.
Azərbaycanın sabdiviziya potensialı
Bakıətrafı zonalarda – xüsusilə Şüvəlan, Şağan, Buzovna, Mərdəkan və Dübəndidə torpaq bazarı aktiv inkişaf edir. İnsanlar həm yaşayış, həm də investisiya məqsədilə kiçik sahələrə üstünlük verirlər.
Məsələn, Şüvəlanda 50 sot torpağı 20,000 AZN-dən alaraq 12 hissəyə bölmək və hər birini 27,000 AZN-dən satmaq mümkündür. Bu, layihə üzrə 30–40% gəlirlilik deməkdir və dövriyyə müddəti adətən 12 aydan çox olmur.
Ən önəmlisi isə odur ki, investor olmaq üçün mütləq milyonlarla vəsaitə ehtiyac yoxdur. Bəzi layihələrdə 10,000 AZN-lik investisiya ilə belə iştirak etmək mümkündür. Elə buna görə də əsas şüarımız #KapitalınızİşləsinSizYox prinsipinə əsaslanır.
İnvestorlar üçün üstünlüklər
Sabdiviziya layihələri:
- Şəffafdır – hüquqi sənədləşməyə və torpaq mülkiyyətinə əsaslanır.
- Tezdir – uzunmüddətli tikinti xərcləri tələb etmir.
- Gəlirlidir – klassik daşınmaz əmlak alətlərindən daha yüksək qazanc verir.
Müəllif bu sahədə illərin təcrübəsinə malik bir mütəxəssis kimi hesab edir ki, yaxın illərdə Azərbaycanın daşınmaz əmlak bazarında ən sürətli inkişaf məhz sabdiviziya modeli əsasında olacaq.
Sabdiviziya – həm minimal risk, həm də maksimal gəlir deməkdir. Bu modelin ölkə bazarında daha geniş tanıdılması və gəlirli layihələrin həyata keçirilməsi əsas məqsədlərimizdən biridir.
Müəllif: Emin Z. Abasov, əmlaka investisiya üzrə ekspert