BİZNES

10 Sentyabr

Neft qiymətləri Rusiyaya sanksiya riskləri fonunda artmaqda davam edir

Finss.az xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında neft qiymətləri artmaqda davam edir. Artımın əsas səbəbi isə Rusiyaya qarşı mümkün yeni sanksiyaların qlobal enerji təchizatına mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlardır.

 ICE Futures (London) birjasında noyabr ayı üzrə Brent markalı neftin fyuçers qiyməti 0,48 dollar (0,73%) artaraq 66,5 dollar/barel səviyyəsinə yüksəlib. Bazar ertəsi isə bu müqavilə 0,52 dollar (0,79%) bahalaşmışdı.

 NYMEX birjasında (Nyu-York) oktyabr ayı üzrə WTI markalı neft fyuçersləri 0,44 dollar (0,71%) bahalaşaraq 62,7 dollar/barel olub. Əvvəlki sessiyada isə bu göstərici 0,39 dollar (0,63%) artaraq 62,26 dollar/barel təşkil etmişdi.

Bazar iştirakçıları hesab edirlər ki, Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar neft tədarükü kanallarında pozuntu yarada bilər, bu isə artıq gərgin olan qlobal enerji bazarında əlavə təzyiqə səbəb olacaq.

Ekspertlərin fikrincə, yaxın günlərdə geosiyasi risklər və ticarət balansları fonunda neft qiymətlərində dalğalanma davam edə bilər.