BİZNES

10 Sentyabr

Avropa fond bazarları yüksəldi – Almaniyada sənaye istehsalı artdı

Finss.az xəbər verir ki, bazar ertəsi günü Qərbi Avropanın aparıcı fond indeksləri artımla bağlanıb. Bu, əsasən investorların mərkəzi bankların pul siyasətinə dair gözləntiləri və yayımlanan iqtisadi statistikaları qiymətləndirməsi ilə bağlı olub.

Stoxx Europe 600 indeksi 0,52% artaraq 552,04 bəndə yüksəlib.
FTSE 100 (Britaniya) – +0,14%
DAX (Almaniya) – +0,89%
CAC 40 (Fransa) – +0,78%
FTSE MIB (İtaliya) – +0,28%
IBEX 35 (İspaniya) – +1,02%

Eyni zamanda Almaniyada sənaye istehsalı iyul ayında aylıq müqayisədə 1,3% artaraq analitiklərin gözləntilərini doğrulayıb. Bu göstərici Almaniya iqtisadiyyatının stabil bərpa prosesinə dair pozitiv siqnal kimi qiymətləndirilir.

İxrac və idxal statistikası da açıqlanıb:
– Almaniyanın iyul ixracı aylıq -0,6%, illik +1,4%
– İdxal isə aylıq -0,1%, illik isə +4,3% dəyişib.

Ümumilikdə, Avropa bazarlarında risk iştahası artıb, bu isə investorların inflyasiya təzyiqlərinin yumşalması və pul siyasətinin liberallaşdırılması ehtimallarına daha nikbin yanaşdığını göstərir.