Finss.az xəbər verir ki, qızılın spot qiyməti 2025-ci ilin sentyabr ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini azalda biləcəyi gözləntiləri fonunda yeni tarixi rekorda imza atıb. Bakı vaxtı ilə saat 09:50-də qiymətli metalın spot qiyməti bir unsiya üçün 3 640,26 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki sessiyadan 1,49% çoxdur. Ticarət sessiyasında qızılın maksimum qiyməti 3 646,43 dollar olub.
Nyu-Yorkun Comex birjasında dekabr fyuçerslərinin qiyməti də 0,7% artaraq 3 677,2 dollara yüksəlib. Bu artımın başlıca səbəbləri arasında dolların zəifləməsi, mərkəzi bankların güclü alıcılıq tələbi və qlobal iqtisadi qeyri-müəyyənliklər dayanır.
Analitiklərə görə, ilin əvvəlindən bu yana qızıl 38,5% bahalaşıb və bu, qızılı inflyasiyaya və risklərə qarşı ən etibarlı sığınacaq aləti kimi bir daha ön plana çıxarır.