BİZNES

09 Sentyabr

“Nord Stream 2 AG” kreditorlarının tələbləri üzrə son tarix 2026-cı ilə qədər uzadıldı – İsveçrə məhkəməsindən qərar

Finss.az xəbər verir ki, İsveçrənin Zuq Kanton Məhkəməsi "Nord Stream 2 AG" şirkətinin kiçik kreditorları üçün tələblərin təmin edilməsi müddətini 2026-cı il fevralın 9-dək uzadıb. Bu qərar, 2025-ci il mayın 9-da qəbul edilmiş barışıq sazişindən sonra qüvvəyə minib.

"Nord Stream 2" layihəsi — ildə 55 milyard kubmetr ötürmə qabiliyyətinə malik Rusiya-Almaniya qaz kəməridir, lakin layihə sanksiyalar və 2022-ci ildəki partlayış səbəbilə istismara buraxılmayıb. Almaniya sertifikatlaşdırmanı dayandırıb, ABŞ isə operator şirkəti sanksiya siyahısına salıb.

Hazırda “Nord Stream 2 AG” şirkəti müflisləşmə moratoriumu rejimində fəaliyyət göstərir və kreditorlar üçün hüquqi proses İsveçrə məhkəmələri tərəfindən tənzimlənir.