BİZNES

08 Sentyabr

Çinin ixracı avqustda 4,4% artaraq 321,8 milyard dollara çatıb – İdxalda da artım davam edir

Finss.az xəbər verir ki, Çinin Baş Gömrük İdarəsinin yayımladığı statistikaya əsasən, 2025-ci ilin avqust ayında ölkənin ixracı illik müqayisədə 4,4% artaraq 321,8 milyard dollar təşkil edib. İdxal isə 1,3% artaraq 219,4 milyard dollara yüksəlib. Bu, ardıcıl üçüncü ayda qeydə alınan artım tendensiyasıdır.

Beynəlxalq analitik platforma Trading Economics bildirir ki, iqtisadçılar avqust üçün ixracda 5%, idxalda isə 3% artım gözləyirdilər. Faktiki göstəricilər proqnozlardan bir qədər aşağı olsa da, Çin iqtisadiyyatının bərpa prosesi davam edir.

 Yanvar-avqust ayları üzrə ümumi göstəricilər:

  • İxrac: 5,9% artım, ümumi dəyər 2,45 trilyon dollar

  • İdxal: Stabil artım meyli

  • Kənd təsərrüfatı məhsulları: 1% artım

  • Gübrə ixracı: 53,2% artım

  • Avtomobil ixracı: 10,8% artım

Ekspertlərə görə, xüsusilə gübrə və avtomobil sektorundakı ixrac artımı, Çin sənayesinin yenidən gücləndiyini göstərir. İqtisadi göstəricilər, həmçinin qlobal tələbin bərpa olunmağa başladığını da sübut edir.