BİZNES

09 Sentyabr

Səudiyyə Ərəbistanı OPEC+ hasilatının artırılmasını dəstəkləyir – Bazar payı uğrunda yeni mərhələ

Finss.az xəbər verir ki, OPEC+ sazişinin əsas liderlərindən biri olan Səudiyyə Ərəbistanı, qlobal neft bazarındakı payını bərpa etmək məqsədilə təşkilata üzv ölkələr arasında hasilatın sürətləndirilməsi təşəbbüsü ilə çıxış edib.

 2025-ci ilin aprel–sentyabr ayları ərzində səkkiz OPEC+ ölkəsi tərəfindən gündəlik 2,2 milyon barel həcmində hasilat məhdudiyyəti bazara qaytarılıb. Hazırda qüvvədə olan gündəlik 1,65 milyon barel məhdudiyyət isə 2026-cı ilin sonunadək davam etməlidir.

Bu dəyişikliklər OPEC+ daxilində hasilat kvotalarına yenidən baxılması ehtimalını gündəmə gətirir. Məlumata görə, sentyabrın 7-də səkkiz OPEC+ ölkəsinin qapalı görüşü planlaşdırılıb.

Bloomberg və “İnterfaks” mənbələrinin məlumatına əsasən, hələlik yekun qərar verilməyib və görüşə hazırlıqlar davam edir.

 Analitiklər bildirir ki, Səudiyyə Ərəbistanının bu təşəbbüsü qısa və orta müddətli neft qiymətlərinə, həmçinin qlobal enerji təchizat balansına ciddi təsir edə bilər. Təklifin artması qiymətlərə təzyiq yarada, lakin bazar payının genişlənməsi baxımından strateji üstünlük təmin edə bilər.