BİZNES

03 Sentyabr

Türkiyənin avqust ixracı 21,8 milyard dollar oldu – xarici ticarət kəsiri azaldı

Finss.az xəbər verir ki, Türkiyənin avqust ayında ixracatı 21,8 milyard dollar təşkil edib. Yanvar-avqust dövründə səkkiz ay ərzində ümumi ixrac 178,1 milyard dollara, son 12 ayda isə 269,2 milyard dollara çatıb.

Ticarət naziri Ömər Bolat bildirib ki, avqustda ixracat 0,9% azalıb və 21,795 milyard dollar olub, idxal isə 3,9% azalaraq 25,963 milyard dollar təşkil edib. Xarici ticarət kəsiri 16,7% azalma ilə 4 milyard 168 milyon dollar olub ki, bu da son 46 ayın ən aşağı göstəricisidir.

Bolat həmçinin qeyd edib ki, ixrac-idxal əhatə nisbəti avqustda 83,9% olub və son 46 ayın ən yüksək səviyyəsinə çatıb.