Finss.az - Rusiyanın iri dövlət investisiya holdinqi olan SFI (PAO SFAI) 2025-ci ilin birinci yarısı üçün maliyyə nəticələrini açıqlayıb.
Şirkətin BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) çərçivəsində hazırladığı hesabatına əsasən, xalis mənfəət 5,866 milyard rubl təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (15,214 milyard rubl) kəskin azalma deməkdir.
SFI-nin hesabatında göstərilir ki, əməliyyat fəaliyyətindən və maliyyə gəlirlərindən əldə olunan ümumi gəlir də azalıb – 2024-cü ilin birinci yarısında 22,4 milyard rubl, bu ilin eyni dövründə isə 14,4 milyard rubl səviyyəsində olub.
Şirkətin aktivlərinin ümumi həcmi 2025-ci ilin ilk yarısının sonuna 310,4 milyard rubl təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonuna bu rəqəm 353,9 milyard rubl idi. SFI-nin kapitalı isə 101,4 milyard rubldan 100 milyard rubla qədər geriləyib.