BİZNES

01 phrase_var_core.september

Lufthansa airBaltic-in səhmdarı oldu – Latviya dövlətinin payı azaldı

Finss.az xəbər verir ki, Almaniyanın Lufthansa aviaşirkəti Latviya milli aviaşirkəti olan airBaltic-in səhmdarı olub.

Rəsmi məlumata görə, hazırda airBaltic səhmlərinin bölgüsü belədir:

  • 88,37% – Latviya dövləti,

  • 10% – Lufthansa,

  • 1,62% – maliyyə investoru Lars Toussaint (Aircraft Leasing 1 şirkəti vasitəsilə),

  • 0,01% – digər sahiblər.

Şirkətin nizamnamə kapitalı 16,64 milyon avro artırılaraq 41,819 milyon avroya çatdırılıb. Dəyişikliklər 28 avqust 2025-ci il tarixində Latviya Müəssisələrin Reyestrində qeydiyyata alınıb.

Kapital artımı çərçivəsində iki yeni səhm buraxılıb və onlar məcburi konvertasiya yolu ilə paylanıb:

  • biri Deutsche Lufthansa AG-yə,

  • digəri isə Latviya dövlətinə məxsusdur.

Yeni emissiyanın hər bir səhminin nominal dəyəri 8,32 milyon avro, satış qiyməti isə 14 milyon avro müəyyən olunub.