Finss.az xəbər verir ki, Çinin internet nəhəngi Alibaba Group Holding Ltd. birinci maliyyə rübündə xalis mənfəətini 1,8 dəfə, gəlirini 2% artırıb.
Şirkətin press-relizinə görə, 30 iyunda başa çatan rübdə xalis mənfəət keçən ilin eyni dövründəki 24,27 milyard yuan və ya hər ADS üçün 9,86 yuanla müqayisədə 34,12 milyard yuan (6,02 milyon dollar) və ya hər ADS üçün 17,98 yuan təşkil edib.
Mənfəətin artması əsasən investisiya portfelinin dəyərinin dəyişməsi, həmçinin Trendyol xidmətinin satışından əldə edilən gəlirlə bağlıdır.
Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət 10% azalaraq hər ADS üçün 14,75 yuan təşkil edib.