Finss.az xəbər verir ki, Hindistanın dövlətə məxsus Bharat Petroleum Corporation Limited (BPCL) şirkəti Benqal körfəzindəki Ramayapatnam limanı yaxınlığında yeni neft emalı və neft-kimya kompleksinin tikintisi imkanlarını araşdırır, The Economic Times şirkətin idarəedici direktoru Sanjay Khannaya istinadən xəbər verir.
O xatırladıb ki, proqnozlara görə, 2030-cu ilə qədər neft idxalı və istehlakına görə dünyanın üçüncü böyük ölkəsi olan Hindistan neft tələbatını gündəlik 1 milyon barel, qlobal tələbat isə sutkada 2,5 milyon barel artacaq. Hazırda ölkə gündə 5,5 milyon barel istehlak edir.
"Hindistanın yüksək artım potensialını dərk edərək, BPCL Andhra Pradeş ştatının Ramayapatnam limanı yaxınlığında yeni neft emalı və neft-kimya kompleksinin yaradılması imkanlarını nəzərdən keçirir. Hazırda layihədən əvvəl iş gedir", - şirkətin top meneceri səhmdarların illik yığıncağında bildirib.
Şirkət rəhbərliyi daha əvvəl demişdi ki, 9 milyon ton tutumlu qurğunun təxminən 95,000 milyon Rs (11 milyard dollar) başa gələcək.
BPCL hazırda ümumi gücü 40,5 milyon ton olan 3 neftayırma zavoduna malikdir.