BİZNES

27 Avqust

Neft şirkətləri daxili bazarda yanacaq tədarükünü artıracaq

Finss.az xəbər verir ki, Energetika Nazirliyi və neft şirkətləri bazarda yanacaq tədarükünün artırılması istiqamətində birgə tədbirlər görəcək. “İnterfaks”ın məlumatına görə, zavodlarda təmir işlərinin sürətləndirilməsi və mövcud ehtiyatların bazara çıxarılması nəzərdə tutulub. Bəzi şirkətlər emal həcmini artırmağa razılıq verib. Ekspertlərin proqnozlarına əsasən, sentyabr ayında benzin istehsalı daxili bazarda tələbatı üstələyəcək.