Finss.az xəbər verir ki, neft bazar ertəsi gün ərzində bahalaşmağa davam edib. Brent markalı neftin qiyməti avqustun 6-dan bəri ilk dəfə 68 dollar/barel səviyyəsini keçib.
-
Brent oktyabr fyuçersləri: 68,12 USD/barel (+0,58%)
-
WTI oktyabr fyuçersləri: 64,09 USD/barel (+0,68%)
Ötən həftə Brent +2,9%, WTI +1,4% bahalaşıb. Bazar iştirakçıları Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqları izləyirlər. Saxo Bank analitiki Ole Hansen bildirir ki, treyderlər payız aylarında təklifin tələbi üstələyəcəyini gözləsələr də, geosiyasi amillər bazara təsir göstərə bilər.