2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsindən məlumat verir ki, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Eyni zamanda, Ukraynadan Azərbaycana idxal əməliyyatları 82,6 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 0,7% azalma deməkdir.
2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Ukraynaya 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub, bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 5,26% paya sahib olub və Ukrayna Azərbaycandan 5-ci ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, bu da ötən ilin eyni dövrünə nisbətən 7,25% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb, bu isə ötən illə müqayisədə 3,3 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az