BİZNES

18 Avqust

Böyük Britaniya iqtisadiyyatı ikinci rübdə 0,3% artdı

Finss.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,3% artım göstərib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) ilkin məlumatlarında qeyd olunur.

Analitiklər isə orta hesabla cəmi 0,1% artım proqnozlaşdırırdılar (Trading Economics).

Birinci rübdə ÜDM-in artımı 0,7% olmuşdu.

 Sektorlar üzrə göstəricilər:

  • Xidmət sektoru – +0,4%

  • Tikinti sektoru – +1,2%

  • İstehsal sektoru – –0,3%

 Xərclər və investisiyalar:

  • İstehlak xərcləri – +0,1%

  • Dövlət xərcləri – +1,2%

  • Biznes investisiyaları – –4%

Xarici ticarət:

  • İxrac – +1,6%

  • İdxal – +1,4%

Ümumilikdə, 2025-ci ilin ikinci rübündə Britaniya iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artım nümayiş etdirib.