BİZNES

15 Avqust

Azərbaycanda yük və sərnişin daşımalarında artım qeydə alınıb

Yük və sərnişin daşımalarında artım qeydə alınıb.

Finss.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyul aylarında yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz, sərnişin daşımaları isə 5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda 136,9 milyon ton yük daşınıb. Bunun:

  • 3,9 faizi dəniz,
  • 7,2 faizi dəmir yolu,
  • 0,2 faizi hava,
  • 60,6 faizi avtomobil,
  • 28,1 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna aid nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 faiz artıb və ümumi daşımaların 79,4 faizini təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 187,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,6 faizi avtomobil nəqliyyatı, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növlərinin payına düşüb.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Astara 3 günlük tur paketləri – Fərdi, qrup istirahəti, ekskursiyalar və komfort