BİZNES

15 Avqust

2025-ci ilin yanvar-iyul aylarında ümumi daxili məhsul – Azərbaycan

Finss.az - Bu ilin yanvar-iyul aylarında ölkədə 72 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3% azalmış, qeyri-neft-qaz sektorunda isə 3,1% artmışdır.

ÜDM istehsalının sektoral bölünməsi belədir:

  • Sənaye: 35,0%
  • Ticarət və nəqliyyat vasitələrinin təmiri: 10,1%
  • Nəqliyyat və anbar təsərrüfatı: 7,0%
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 6,3%
  • Tikinti: 6,0%
  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 2,8%
  • İnformasiya və rabitə sahələri: 1,8%
  • Digər sahələr: 21,1%
  • Məhsula və idxala xalis vergilər: ÜDM-in 9,9%-i

Əhalinin hər nəfərinə düşən ÜDM 7 076,9 manat olmuşdur.

Müəllif: Fuad Mədətov | Finss.az

Əlavə bax: 15 Avqust 2025: Dünya birjalarında qızıl və qiymətli metalların qiymət dəyişiklikləri