BİZNES

13 Avqust

Daşkəsən şəhərində 158 min manatlıq abadlıq tenderi elan olundu

Finss.azDaşkəsən Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyi Daşkəsən şəhərinin küçələrində abadlıq işləri üzrə açıq tender elan edib. Layihənin ümumi ehtimal olunan qiyməti 158 541,26 AZN təşkil edir.

Müsabiqə çərçivəsində görüləcək işlərə daxildir:

  • sement məhlulu ilə tavalardan keramik örtüklərin düzəldilməsi;

  • divar üstü mərmər şapka tətbiqi;

  • 100–200 mm ölçülü çay daşları ilə divar səthlərinin üzlənməsi.

Abadlıq işləri müxtəlif sahələr üzrə metr kvadrat ölçüsü ilə hesablanaraq icra ediləcək.

Tenderdə iştirak etmək üçün namizədlər 250 AZN iştirak haqqı25 AZN istifadə haqqı ödəməlidirlər. Qeyd olunur ki, ödənişlər geri qaytarılmır.

Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi: 4 sentyabr 2025-ci il, saat 17:00.

Əlaqə üçün:
Baş mühasib – Şahmalı Ələkbərov
E-poçt: [email protected]
Telefon: +994 50 644 62 32

Fuad Mədətov
Finss.az