BİZNES

12 Avqust

Qızıl qiymətləri ABŞ-ın İsveçrə qızıl külçələrinə tarif planı fonunda kəskin ucuzlaşdı

Finss.az xəbər verir ki, qızıl qiymətləri ABŞ-ın İsveçrədən idxal edilən qızıl külçələrinə tariflər tətbiq edəcəyi ilə bağlı narahatlıqlar səbəbindən keçən həftənin sonunda əldə edilən rekord həddən bazar ertəsi günü kəskin şəkildə aşağı düşüb.

Avqustun 11-də, Comex birjasında dekabr ayı qızıl fyuçersləri 2,2% ucuzlaşaraq 1 troy unsiyası üçün 3414,6 dollar olub. Bu, cümə günü – avqustun 8-də qeydə alınan 3534,1 dollarlıq tarixi rekorddan əhəmiyyətli geriləmədir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi avqustun 8-də bəyan edib ki, 1 kiloqram və 100 unsiya (təxminən 2,8 kiloqram) çəkidəki qızıl külçələr idxal rüsumlarına məruz qalan gömrük kodu altında təsnif ediləcək.

Analitiklərin fikrincə, bu qərar bazarda qısa müddətli panika yaradıb və qiymətlərin sürətli korreksiyasına səbəb olub.