BİZNES

12 Avqust

2025-ci ilin I yarısında AÇG-də hasilat 2,7% azaldı – 59 milyon barrel neft çıxarıldı

Bu ilin ilk altı ayında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan gündəlik orta hasilat 327 min barrel təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründəki 336 min barrel/gün ilə müqayisədə 2,7% azalma deməkdir.

Finss.az-ın bp-yə istinadən verdiyi xəbərə görə, 2025-ci ilin yanvar–iyun aylarında ümumilikdə 59 milyon barrel (8 milyon ton) neft hasil olunub.

Hasilat platformalar üzrə belə bölünüb:

  • Çıraq – 21 min b/g
  • Mərkəzi Azəri – 86 min b/g
  • Qərbi Azəri – 75 min b/g
  • Şərqi Azəri – 42 min b/g
  • Dərin Sulu Günəşli – 54 min b/g
  • Qərbi Çıraq – 24 min b/g
  • ACE (Azəri Mərkəzi Şərq) – 25 min b/g

AÇG-də operator funksiyasını “BP Exploration (Caspian Sea) Limited” Podratçı Tərəflər adından həyata keçirir.

Layihədə iştirak payları:

  • bp – 30,37%
  • SOCAR – 31,65%
  • MOL – 9,57%
  • INPEX – 9,31%
  • ExxonMobil – 6,79%
  • TPAO – 5,73%
  • ITOCHU – 3,65%
  • ONGC Videsh – 2,92%

Fuad Mədətov
Finss.az