Finss.az xəbər verir ki, Böyük Britaniyada minik avtomobillərinin satışı iyul ayında illik müqayisədə 5% azalıb, Motor İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) hesabatında bildirib.
İyul ayında ölkədə 140 154 yeni avtomobil qeydiyyatı olub ki, bu da 2022-ci ildən bəri ay üçün ən aşağı göstəricidir.
Öz parkları üçün avtomobil alan korporativ müştərilərin tələbi 6,5% azalaraq 85 594-ə düşüb. Şəxsi müştərilərə satışlar 3,2% azalaraq 51 646-a düşüb.