BİZNES

05 Avqust

Bu ilin ilk yarısında Azərbaycandan qızıl ixracı əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin ilk yarısında Azərbaycandan 144 milyon ABŞ dolları dəyərində qızıl ixracı həyata keçirilib.

Finss.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyul ayına aid “İxrac icmalı” əsasında hazırlanan hesabatında qeyd olunub.

Hesabata əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 86 milyon dollar və ya təxminən iki ilə yarı dəfə artıb.

Xüsusilə, yalnız iyun ayında Azərbaycanın qızıl ixracı 25 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 78,7% və ya 10 milyon dollar çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft sektoru üzrə ixracı 9,9% artaraq 1,8 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az