BİZNES

05 Avqust

Azərbaycanda süni intellekt bazarında “ChatGPT”nin payı 96%-dən çoxdur - SİYAHI

2025-ci ilin iyulunda Azərbaycanda süni intellekt modelləri arasında “ChatGPT” liderliyini qoruyub. “OpenAI” tərəfindən yaradılan bu modelin bazar payı 96,1% təşkil edib.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, “ChatGPT”nin payı əvvəlki aya nisbətən 0,11 faiz bəndi azalıb.

İkinci sırada olan “Microsoft Copilot” çatbotunun bazar payı 2,18% olub ki, bu da ötən ayla müqayisədə 0,69 faiz bəndi azalma deməkdir.

“Google Gemini” modeli isə 0,3 faiz bəndi artımla 1,07% bazar payına sahib çıxıb.

Digər süni intellekt modellərindən “Perplexity”nin payı 0,68%-ə, “Claude”nun isə 0,45%-ə yüksəlib. Hər iki modeldə müvafiq olaraq 0,19 və 0,31 faiz bəndi artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az