Finss.az xəbər verir ki, Amerikanın biotexnoloji şirkəti Moderna Inc, COVID-19 peyvəndlərinin satışının azalması fonunda xərclərin azaldılması tədbirləri çərçivəsində işçilərinin təxminən 10%-ni ixtisar etdiyini açıqladı.
Moderna-nın baş icraçı direktoru Stefan Bansel bildirib ki, ilin sonuna qədər şirkətin 5000-dən az işçisi olacaq, keçən ilin sonunda isə bu rəqəm təxminən 5,8 min idi.
Onun sözlərinə görə, şirkət “xərc strukturunu biznesin reallıqlarına uyğunlaşdırır”.
2024-cü ildə Moderna gəlirini bir il əvvəlki 6,8 milyard dollardan 3,2 milyard dollara qədər azaldıb, həmçinin 2023-cü ildəki 4,7 milyard dollar zərərə qarşı 3,6 milyard dollar xalis zərər alıb.
Moderna səhmləri cümə axşamı bazar əvvəli ticarətdə 2,2% ucuzlaşıb. Son 12 ayda şirkətin bazar kapitallaşması 63% azalaraq 12,43 milyard dollar təşkil edib.