BİZNES

31 İyul

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 7,7 milyon barel artıb

Finss.az xəbər verir ki, energetika Nazirliyinin həftəlik hesabatında ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 7,7 milyon barel artaraq 426,7 milyon barrelə çatıb.

"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla 2 milyon barel azalma gözləyirdilər.

25 iyulda bitən həftədə benzin ehtiyatları 2,73 milyon barrel azalıb, distillə ehtiyatları isə 3,64 milyon barel artıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar keçən həftə 690 min barel artıb.