BİZNES

30 İyul

Bu ilin ilk yarısında Bakı Limanında yük aşırımı 6,3% artıb

ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 6,3% çoxdur.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6,3% çoxdur.

İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8% üstələyib.

Fuad Mədətov
Finss.az