28 iyul 2025-ci il tarixindən etibarən Azərbaycanda unun topdansatış qiymətləri müəyyən olunub.
Finss.az xəbər verir ki, ölkədə 50 kiloqramlıq unun topdansatış qiymətləri 25,8 manat ilə 28 manat arasında dəyişir.
Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC tərəfindən 25 manat 80 qəpik qiymətində təqdim edilir, ən bahalısı isə “Azeri-Arapoğlu U.S. və T.LTD” şirkətinin məhsulu olaraq 28 manatdır.
Qeyd edək ki, unun topdansatış qiymətlərində həm aşağı, həm də yuxarı həddə dəyişiklik qeydə alınmayıb və əvvəlki səviyyədə qalıb.
2025-ci ilin 28 iyul tarixinə olan məlumata əsasən, Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiymətləri aşağıdakı kimi müəyyənləşib:
