Finss.az xəbər verir ki, qızıl qiymətləri cümə günü ABŞ dollarının möhkəmlənməsi fonunda kəskin ucuzlaşır.
Comex birjasında avqust ayı qızıl fyuçersləri Moskva vaxtı ilə saat 18:28-də 1,2% ucuzlaşaraq 1 troy unsiyası üçün 3331,4 dollar olub. Dolların altı valyuta (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) qarşısında dinamikasını göstərən ICE DXY indeksi 0,4% bahalaşıb. Dolların möhkəmlənməsi digər valyuta sahibləri üçün qiymətli metalların investisiya cəlbediciliyini azaldır.
Dollar ABŞ və Avropa İttifaqı arasında ticarət sazişinin tezliklə bağlanması ilə bağlı nikbinliklə dəstəklənir.
Bundan başqa, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl onunla Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel arasında “gərginliyin” olmadığını bildirib və həmçinin qeyd edib ki, o, Paueli Mərkəzi Bankın rəhbəri vəzifəsindən azad etməyi lazım hesab etmir.